Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Energetika Nazirliyində Asiya İnkişaf Bankı (AİB), məsləhətçi şirkət və bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi üzrə işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov üzən günəş paneli ilə bağlı ölkədə ilk dəfə həyata keçirilən bu layihəni AİB ilə əməkdaşlığın uğuru kimi qiymətləndirib. Layihə çərçivəsində Böyükşor gölündə 100 kilovata qədər gücə malik fotovoltaik sistemin quraşdırılacağı və bu layihənin 2020-ci ildə başa çatdırılmasının planlaşdırıldığını qeyd edib.

Tədbirdə pilot layihə üzrə AİB tərəfindən təqdim edilmiş “Yaddaş Qeydi” barədə məlumat verilib. Məsləhətçi şirkət tərəfindən layihənin icrası ilə bağlı ilkin hesabatın hazırlanaraq təsdiq edildiyi, layihənin ətraf mühitə təsirlərinin öyrənilməsi məqsədilə qiymətləndirmələr aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, AİB ilə “Azərişıq” ASC arasında 35 kilovoltluq “Koroğlu” yarımstansiyaya qoşulma imkanları müzakirə edilib və bu məqsədlə texniki şərtin alınması üçün müvafiq prosedurlara başlanılacaq. Bundan başqa, layihənin ikinci komponenti kimi tarif və siyasətin qiymətləndirilməsi çərçivəsində “Azərenerji” ASC tərəfindən proqnozlaşdırılan elektrik enerjisi istehsalı gücü və tələbatı ilə bağlı məlumatların AİB-ə təqdim edilməsinin vacibliyi qeyd olunub.

İclasda pilot layihə ilə əlaqədar zəruri hidrometeoroloji məlumatların əldə edilməsi, mülkiyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Layihənin reallaşmasına təsir edə biləcək texniki məsələlərlə bağlı ekspertlər səviyyəsində görüşlərin keçirilməsi tövsiyə edilib.