Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Böyük Britaniyanın BP neft şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının işlənməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız başlanğıcdır.

AZƏRTAC xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilədək şirkət ölkəmizdə daha altı yeni kəşfiyyat quyusu qazmağı nəzərdə tutur. "Bloomberg" yazır: "Əgər onun ümidləri doğrulsa, şirkət təxminən "Şahdəniz" miqyasında yeni qaz yatağı kəşf edə bilər".

Qəri Counz əlavə edib ki, Azərbaycan Braziliya ilə yanaşı şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Bu kəşfiyyat proqramı bizim üçün mühümdür, çünki Xəzərdə böyük potensial görürük", -deyə BP-nin regional prezidenti vurğulayıb.

"Bloomberg" yazır ki, şirkətlər, o cümlədən BP Avropa istehlakçılarının qonşuluğunda yerləşən Avrasiya regionunda kəşf olunmamış qaz yataqlarına böyük sərmayələr qoyurlar. İyun ayında BP və tərəfdaşları, o cümlədən "LUKoil" və "Petronas" "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə hasil olunmuş qazın Xəzər dənizi və Türkiyə arasında yeni boru xətti ilə tədarükünə başlayıblar. 2020-ci ildə boru xəttinin son mərhələsi başa çatdıqdan sonra mavi yanacaq Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql olunacaq.

Counz deyib: "Məhz bu səbəbdən bizim Xəzərdə yeni yataqların kəşfiyyatı üzrə iddialı proqramımız var. Belə olan halda, biz yüzilliyin ortalarına qədər qaz tədarükünü davam etdirə bilərik".

"Bloomberg" əlavə edir ki, "Şahdəniz" yatağının ikinci mərhələsi üzrə ildə 26 milyard kubmetr qaz hasil olunacaq ki, bu da Polşanın illik istehlakından çoxdur.

Counzun sözlərinə görə, cari ildə BP-nin qazma işləri aparacağı "Şəfəq-Asiman" qaz strukturunun ehtiyatları "Şahdəniz-2" yatağı ilə analoji ola bilər.