Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Kalmıkiya Azərbaycana damazlıq və əmtəəlik iribuynuzlu mal-qara tədarük etmək niyyətindədir.

AZƏRTAC “Stepnıe vesti” saytına istinadla xəbər verir ki, Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Dmitri Patruşev və Kalmıkiya Respublikasının rəhbəri Aleksey Orlov kalmık aqrar məhsullarının Xəzəryanı ölkələrə ixracının inkişafı perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, Kalmıkiya Azərbaycan və Qazaxıstana damazlıq və əmtəəlik iribuynuzlu mal-qara, İrana isə qoyun əti ixrac etmək niyyətindədir.

Xalq Təsərrüfatı Akademiyasının Rusiyanın xarici siyasi fəaliyyəti kafedrasının professoru Aleksandr Mixaylenkonun qənaətinə görə, Kalmıkiya Azərbaycan, Qazaxıstan və İranla uzunmüddətli əməkdaşlıq edə bilər: “Bu əməkdaşlıq təkcə bu gün üçün deyil, məhz perspektiv sarıdan faydalıdır. Qazaxıstanla bizim aramızda regionlar çərçivəsində çox inkişaf etmiş müttəfiq münasibətləri mövcuddur. Azərbaycana gəldikdə isə, Rusiya və bir sıra cənub regionlarımız bu ölkə ilə əlaqələrin möhkəmlənməsində və daha sıx əməkdaşlıqda maraqlıdırlar. İranla əməkdaşlığa dair inkişaf proqramı var”.

2015-2016-cı illərdə Kalmıkiyadan Azərbaycan və Qazaxıstana 1300 başdan çox kalmık cinsi olan cavan damazlıq iribuynuzlu mal-qara tədarük olunub.