Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

2019-cu il yanvarın 12-də İtaliyada Trans-Adriatik qaz kəmərinin (TAP) qəbuledici terminalını “Snam Rete” qaz şəbəkəsinə birləşdirəcək interkonnektor qaz xəttinin tikintisi layihəsinin reallaşdırılması üzrə hazırlıq işlərinə başlanılması gözlənilir.

AZƏRTAC bu barədə İtaliya KİV-lərinə istinadla xəbər verir.

Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirəcək TAP layihəsinin səhmdarlarından biri olan “Snam” şirkəti yanvarın 12-dən başlayaraq bir həftə ərzində tikintiyə hazırlıq işləri ilə məşğul olacaq. Şirkətin məlumatına görə, interkonnektor qaz xəttinin tikintisinə isə cari ilin fevral-mart aylarında start verilməsi nəzərdə tutulur.

“Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Qeyd edək ki, italyan şirkəti təbii qaz infrastrukturu üzrə ixtisaslaşıb və 2017-ci il dekabrın 31-dək olan göstəriciyə görə, bazar kapitalının həcmi 13,953 milyard avro təşkil edib. “Snam” əvvəllər İtaliyanın “Eni” energetika nəhənginin törəmə şirkəti olub.

Ümumi dəyəri 4,5 milyard avro olan Trans-Adriatik qaz kəməri “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur, sonrakı illərdə bu həcm artırıla bilər. Boru xəttinin uzunluğu 878 kilometrdir. TAP-ın 550 kilometrlik hissəsi Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri İtaliya ərazisindən keçəcək.