Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

"Azərenerji" ASC "Azərbaycan" İES-in 6-cı blokunu, "Şəmkir" ES-in 2 nömrəli hidroaqreqatını yeniləyib.

ASC-dən AZƏRTAC-a bildiriblər ki, ölkənin enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planına uyğun olaraq "Azərenerji" ASC tərəfindən həyata keçirilən işlər davam edir. 2018-2020-ci illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir. Belə ki, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət "Azərbaycan" İES-in yenidən qurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.

Artıq "Azərbaycan" İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidən qurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilənməsi işi 80 gün ərzində başa çatdırılıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda, hidrogen istehsal edən elektroliz, oksigen qurğuları təzələnib.

2019-cu ildə "Azərbaycan" İES-dəki digər 7 enerji blokunun tamamilə yenidən qurulması həyata keçiriləcək.

Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən "Şəmkir" Su Elektrik Stansiyasına (SES) yeni ehtiyat hissələri gətirilib, 2 nömrəli hidroaqreqatda 26 noyabr - 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. Daha dəqiq desək, 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir.

Ümumilikdə, "Şəmkir" SES üçün nəzərdə tutulan yenidənqurma işləri davam edir.