Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duartenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatanın idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə inklüzivliyinin artırılması, konsolidasiya edilmiş risk əsaslı nəzarət modelinin tətbiqi, banklarda daha sağlam risk idarəetməsinin təmin edilməsi üzrə görülmüş işlərlə bağlı qonaqlara məlumat verib. Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsində alternativ maliyyə resurslarından istifadənin genişləndirilməsi ilə bağlı da fikirlər səsləndirilib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte qeyri-işlək aktivlərin restrukturizasiyası sahəsində palata tərəfindən göstərilən səylərin yüksək qiymətləndirildiyini və bu mövzuda AYİB-in ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu nəzərə çatdırıb.

Görüşün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər istiqamətlər üzrə məsələlərə dair fikir mübadiləsi aparılıb.