Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub.

“Azərsu” ASC-nin mətbuat xidmətindən  bildirilib ki, içməli su sektorunda dünyanın unikal qurğularından sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə müxtəlif sahələri təmsil edən mütəxəssislərin səfərləri təşkil olunur. Kompleksin budəfəki qonaqları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti olub.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlıq çərçivəsində qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qeyd olunub ki, kompleks 2016-cı ildə Əbu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin yüksəkkeyfiyyətli içməli su ilə təmin olunub.

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər.

Daha sonra ADNSU-nun mütəxəssisləri “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında olub. Qonaqlara məlumat verilib ki, laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin istehsalı olan avadanlıqlar və cihazlar quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür.

Sonda professor və müəllimləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.