Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Dekabrın 19-da “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində bağlanış seminarı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və sahibkarlar da iştirak ediblər.

Yekun nəticələrlə bağlı məlumat verən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları zamanı fitosanitar mühafizənin tənzimlənməsi və inkişafı ilə bağlı öz təcrübələrini genişləndiriblər. Mələk Çakmak layihə müddətində qurumlar arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və bu əməkdaşlıq nəticəsində əldə edilən bilik və təcrübələrin gələcəkdə Azərbaycan və dünya əhalisi üçün çox faydalı olacağını bildirib.

DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev bu layihənin həm Dövlət Gömrük Komitəsinin, həm də digər dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını bildirib.

Qeyd edilib ki, layihə çərçivəsində gömrükçülərin əldə etdiyi biliklər fitosanitar nəzarətə cəlb olunan mallara gömrük nəzarətinin daha da səmərəli şəkildə təşkilinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə əlverişli şərait yaradıb.

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəis müavini Damət Sultanov, Qida Təhlükəsizliyi Agentliyinin Fitosanitar Nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova layihənin aidiyyəti qurumların əməkdaşlarının ölkədə zərərvericilərin yayılması və bitki sağlamlığının təhlükəsizliyi risklərinin azaldılması, habelə bitki və bitki məhsullarının idxal yoxlaması və ixrac sertifikatlaşdırması sahəsindəki bilik və bacarıqlarının həm yerli, həm də beynəlxalq səviyyədə təkmilləşdirilməsində mühüm rol oynadığını bildiriblər.

Daha sonra FAO-nun beynəlxalq məsləhətçisi Arnitis Ringolds layihə çərçivəsində əldə olunan nəticələrə dair təqdimatla çıxış edib.

Qeyd edək ki, məhz FAO-nun bu layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini M.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin dekabr ayında Latviya Respublikasının paytaxtı Riqa şəhərində 5 günlük təlimdə iştirak edib. Təlim çərçivəsində iştirakçılara Avropa və Aralıq dənizi bitki mühafizə təşkilatının beynəlxalq fitosanitar nəzarəti məsələləri, fitosanitar qeydiyyatın aparılması, laboratoriyaların strukturları və ISO 17025: 2005 standartına uyğun olaraq keyfiyyət sisteminin tələbləri, oduncaq tərkibli qablaşdırma materiallarının yoxlanılması, barədə məlumat verilib, Latviya Respublikasının Rusiya Federasiyası ilə sərhədində yerləşən “Terehova” avtomobil və “Rezekne” dəmir yolu gömrük-sərhəd buraxılış məntəqələrində fitosanitar nəzarətin təşkili ilə əyani şəkildə nümayiş etdirili