Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

“Petkim”i Avropanın ən mühüm neft-kimya kompleksi etmək niyyətindəyik.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru Anar Məmmədov deyib.

“İstehsal etdiyimiz əlavə dəyər tələb edən məhsullarla həm qlobal brend olaraq rəqabətdə bir addım öndə olacağıq, həm də ixracı artıraraq Türkiyə və Azərbaycan iqtisadiyyatına öz töhfəmizi verəcəyik. “Petkim”i Avropanın ən mühüm neft-kimya kompleksi etmək niyyətindəyik. İstehsal həcmini artıraraq Türkiyənin cari kəsirinin azaldılması üçün çox çalışırıq. Daha səmərəli və rəqəmsal bir quruma çevrilmək üçün strateji yol xəritəmizi müəyyən etməklə investisiyalarımızı tez bir zamanda həyata keçirəcəyik. Türkiyənin ən böyük 500 sənaye kompleksi arasında 13-cü yerdəyik. Hər il ixracımız və məhsul ixrac etdiyimiz ölkə sayını artıraraq Türkiyənin dünya ticarətindəki payının artmasına töhfə veririk”, - deyə o bildirib.

“Petkim PetroKimya Holding A.Ş.” Türkiyənin Ticarət Nazirliyi tərəfindən həyata keçirilən “Turquality” proqramına qoşulub. Şirkət proqrama müraciət müddətini 5 ayda tamamlayıb.

A.Məmmədov Türkiyənin yeganə inteqrasiya edilmiş neft-kimya istehsalçısı olan “Petkim”in “Turquality” dəstəyi ilə beynəlxalq arenada daha da güclənəcəyini qeyd edib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin ilk neft-kimya zavodu olan “Petkim” şirkətinin səhmlərinin 51 faizini 2,04 milyard ABŞ dollarına alıb. Daha sonra Özəlləşdirmə İdarəsinə məxsus olan 10 faizlik payı alınıb və sonra o satılıb. Hazırda “Petkim”in 51 faizlik səhmi SOCAR-a məxsusdur. Bu illər ərzində “Petkim”in yaxşılaşdırılması üçün 760 milyon dollardan çox investisiya qoyulub.

“Petkim” illik 3,6 milyon ton neft-kimya məhsulu istehsal edir. Cari ilin birinci rübündə “Petkim PetroKimya Holding A.Ş.”nin xalis mənfəəti 131,4 milyon türk lirəsi təşkil edib. Hesabat dövründə “Petkim”in gəliri isə 1,88 milyard türk lirəsinə çatıb. Hazırda “Petkim” Türkiyənin ən böyük şirkətlərindən biridir.