Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən vacib şərtlərdən biri aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olmaqdır. Bu nə üçün lazımdır? Çünki innovasiyaların tətbiqi ilə torpaqdan daha çox məhsul götürür, ekosistemi qoruyur, daha keyfiyyətli qida əldə etmiş oluruq. Araşdırmalara görə, innovasiyaların tətbiqi nəticəsində istehsalat xərcləri 20-30 faiz azalır, məhsuldarlıq isə 20-30 faiz artır ki, bu da istehsal olunan məhsulun maya dəyərinin 50 faizədək ucuzlaşması deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 10-da Bakıda keçirilən “AgTech and Green Energy” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

İnam Kərimov qeyd edib ki, dövlətin göstərdiyi diqqət nəticəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunub: “Ölkəmizdə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi ötən illə müqayisədə 4,3 faiz artıb. Ət və süd məhsulları ilə özünü təminetmə artıq 90 faizə çatıb. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur. Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri daha da yüksəltmək mümkün olacaq”.