Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Qətərin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlükdən çıxması təşkilatın işinə təsir etməyəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üzvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib.

15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.