Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

“Azərbaycanın Statistik İnformasiya Xidməti”nin yaradılmasında yerli mütəxəssislər də iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov deyib. O bildirib ki, Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi tərəfindən “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi istifadəçilərin məlumatlara olan ehtiyaclarının ödənilməsi məqsədi daşıyır. Bu xidmət sayəsində istifadəçilər öz istəklərinə uyğun cədvəl quracaq və məlumatları daha asan formada əldə edə biləcəklər. Həmçinin məlumatların inteqrasiyası, kompüterə yüklənməsi və ötürülməsi mümkün olacaq. Bu, rəsmi statistika istehsalı prosesinin vacib mərhələlərindən biri olan rəsmi statistika məlumatlarının yayımı hissəsində istifadəçilərin ehtiyaclarının ödənməsi sahəsində müvafiq təkmilləşdirmədir. Bu xidmətin yaradılmasında yerli mütəxəssislər də iştirak edib. Koreya Statistika Komitəsi ilə əməkdaşlıq gələn il də davam edəcək.