Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Real iqtisadiyyat

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura yaradılıb.

AZƏRTAC xəbər verir ki, şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur. İctimai Şuranın yaradılmasında məqsəd KOBİA-da ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, qurum ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Noyabrın 29-da sahibkarların, vətəndaş cəmiyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə KOBİA yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra strateji təşəbbüsləri reallaşdırmaqdadır. Bu təşəbbüslərin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması fəaliyyətimizin başlıca istiqamətlərindəndir.

O bildirib ki, fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət–sahibkar–dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır.

O.Məmmədov deyib ki, İctimai Şura agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrin məlumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirəcək, sahibkarların rəy və təkliflərini araşdıracaq, xidmətlərimizin şəffaflığı sahəsində ictimai rəyi təhlil edəcək və bu sahədə olan inkişaf çağırışlarını KOBİA-ya çatdıracaq, tövsiyələr hazırlayacaq, təkliflər verəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın işgüzar ruhda fəaliyyət göstərəcəyini, kiçik və orta biznesin inkişafı sahəsində görülən tədbirlər üzərində ictimai nəzarətin təmin edilməsi, cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olacağını qeyd edən O.Məmmədov İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayıb.

İctimai Şura barədə məlumat verən KOBİA-nın idarə heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, şuraya namizədlərin seçilməsi üçün seçkilərin keçirilməsi məqsədilə Seçki Komissiyası yaradılıb, bu barədə ictimaiyyət məlumatlandırılıb, şuranın əsasnaməsi təsdiq olunub. Artıq İctimai Şuranın ilk iclası keçirilib və 15 QHT və sahibkar assosiasiyalarından ibarət İctimai Şura formalaşdırılıb. Şuraya Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi, Arıçılar, Mebel, Tikinti Materialları, Nar, Fındıq, Şərab, Süd İstehsalçıları və İxracatçıları, Azərbaycan Sığortaçılar, Banklar, Turizm, Sahibkar Qadınlar, Mühasiblər və Risk Peşəkarları assosiasiyaları təmsil olunur. Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov İctimai Şura üzvlərinin yekdil qərarı ilə şuranın müddətli sədri seçilib.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli şuranın yaradılmasının sahibkarların və vətəndaş cəmiyyətlərinin kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən dəstək tədbirlərində iştirakına, agentliyin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə geniş imkan yaradacağını vurğulayıblar.