Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Bu açıqlamanı Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev verib.

“Ölkənin yüksək maraqlarını fikirləşərək referendum keçirilməməsi qərarına gəlmişəm. Təklif edirəm ki, növbədənkənar prezident seçkisi keçirilsin”,- deyə N. Nazarbayev xalqa müraciətində bildirib.

Lakin prezident seçkisinin dəqiq keçirilmə tarixi haqda heç bir məlumat verilməyib. Prezidentin köməkçisi Yermuhamet Yertısbayev isə bildirib ki, seçki yaxın üç ay ərzində keçirilə bilər. Qazaxıstan kütləvi informasiya vasitələri isə yazır ki, növbədənkənar seçkinin keçirilmə tarxini parlament müəyyən etməlidir.

Qeyd edək ki, Qazaxıstanın Konstitusiya Şurası hazırki ölkə prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddətinin uzadılmasına dair parlamentin referendumun təyin edilməsi ilə bağlı əsas qanuna qəbul etdiyi düzəlişləri konstitusiyaya uyğun hesab etməyib. Qərarı bu gün Konstitusiya Şurasının sədri İqor Roqov açıqlayıb. Onun sözlərinə görə, “qərar formulların dəqiq olmaması səbəbindən qəbul olunub”.

Xatırladaq ki, Qazaxıstanda 2012-ci ildə keçiriləcək prezident seçkisinin əvəzinə ölkə başçısının səlahiyyətlərinin 2020-ci il 6 dekabr tarixinədək uzadılması üzrə referendumun keçirilməsini təklif edilib.