Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
ABŞ hesab edir ki, Misirdəki problemləri yalnız azad və ədalətli seçkilər həll edə bilər. “Misir xalqı özü həll etməlidir… İnsanlar özləri öz gələcəklərini müəyyən etməlidirlər. Real hərəkətlər lazımdır, təyinatlar yox. Daha əhəmiyyətli dəyişikliklər, demokratik dəyişikliklər lazımdır”, - deyə Ağ Evin rəsmi nümayəndəsi Robert Gibbs ənənəvi mətbuat konfransında Misir prezidenti Hüsnü Mübarəkin hökumətin yeni tərkibini təyin etməsinə münasibət bildirərkən deyib.

Ağ Eavin nümayəndəsi xatırladıb ki, Birləşmiş Ştatlar problemin dinc yolla həllinə tərəfdardır və tərəflərdən zorakılıqdan çəkinməyi, əsas insan hüquqlarına hörmətlə yanaşmağı xahiş edir. “Vəziyyət dinc, danışıqlar yolu ilə nizamlanmalıdır”, deyə Robert Gibss bildirib. Onun sözlərinə görə, kabinet dəyişikliyi girginliyi tam aradan qaldırmayacaq və əgər yeni prezident seçkiləri təyin edilsə, ABŞ bunu dəstəkləyəcək. Bununla belə, Robert Gibbs Hüsnü Mübarəkin növbədənkənar seçkilərdə iştirak edib-etməməsi barədə sualı cavablandırmaqdan yayınıb.

Ağ Evin təmsilçisi onu da deyib ki, Qahirədəki ABŞ səfirliyitnin nümayəndələri Misir paytaxtında olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi ilə əlaqə saxlamayıblar. Qeyd edək ki, müxalifət tərəfindən lider seçilən Məhəmməd əl-Baradeyi hakimiyyət tərəfindən ev dustağı edilməsinə baxmayaraq, bazar günü axşam nümayişçilərə qoşulub. O, Qahirəyə yanvarın 27-də gedib. 2005-ci ilinq Nobel sülh mükafatçısı qərb KİV-inə müsahibəsində müxalifət tərəfdarlarını zorakılıqdan çəkinməyə və öz tləbələrinə dinc vasitələrlə nail omlağa çağırıb. Əl-Baradeyinin tərəfdarları onu gözlənilən prezident seçkilərində namizəd kimi görmək istəyirlər.