Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Tunis və Misirdə baş verən hadisələr və onların regiona təsirinə baxmayaraq, Suriyada vəziyyət sabit olaraq qalır. Bu açıqlama ilə Suriya prezidenti Bəşər Əsəd Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsi zamanı çıxış edib.

Suriya lideri hesab edir ki, onu apardığı siyasi kurs insanların əminliyi olmadan həyata keçmir. Suriyanın vəziyyətinin hazırda etirazlar baş qaldıran ölkələrdən daha ağır olduğunu deyən Bəşər Əsəd bildirib ki, ölkə iqtrisadiyyatı inkişaf edir, lakin buna baxmayaraq əhalinin əsas ehtiyaclarını təmin etmək mümkün olmur: “Və bütün bunlara baxmayaraq insanlar ayağa qalxmır”.

Əsədin fikrincə, məsələ təkcə insanların ehtiyaclarında deyil, buraya həm də ideologiya, etimad və yürüdülən siyasət də daxildir: ”Misir və digər ərəb ölkələrindəki qəzəb və ümidsizlik təkcə daxili durğunluqla deyil, həm də xarici faktorlar, eləcə də onilliklər ərzində regionun işlərinə cəlb edilən “nəhəng güc”lərin siyasəti ilə bağlıdır”.

Əsəd qeyd edib ki, sülhün mövcud olmaması (fələstinlər və İsrail arasında), İraqa müdaxilə və Əfqanıstanda baş verənlərin nəticəsi olaraq Fələstin və digər ərazilərdə baş verən hadisələr insanların qəzəbinə gətirib çıxarır.

Tunis və Misirdə baş verənlərə də münasibət bildirən Suriya prezidenti deyib ki, həmin ölkələrdə hələ də nəyin baş verdiyi aydın deyil. Onun sözlərinə görə, adıçəkilən ölklərdə baş verənlər regionda “yeni era”nın təməlini qoyub: “Lakin bu dövrün böyük xaos və ya böyük qayda-qanuna aparıb çıxaracağı hələ də sual altında qalır. Son hələlik aydın görünmür”.