Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Misirdə baş verən son hadisələr və İran. İran: “Misirdə hadisələrin inkişafı İran İslam İnqilabının ssenarisi ilə gedir”
 
Rusiyanın Yaxın Şərq İnstitutunun əməkdaşı V. İ. Mesamed Misirdə baş qaldıran kütləvi etiraz aksiyaları fonunda Misir-İran münasibətlərini şərh edib. ANS PRESS ekspertin şərhinin bəzi hissələrini təqdim edir.

Artıq 30 ildir hakimiyyətdə olan prezident Hüsnü Mübarək rejiminin taleyinin həll olunduğu Misirdə son günlər baş verən hadisələr nəzər-diqqəti İrana yönəldir. Yaxın Şərqdə bir çox sahələrdə qüvvələrini müəyyən edən bu iki ölkə arasında hələ də, diplomatik münasibətlər yoxdur və mahiyyət etibarı ilə onlar siyasi münaqişə vəziyyətindədirlər. Bir neçə dəfə - 2004-cü ildə islahatçı prezident S.M.Xatəminin dövründə və 2008-ci ildə qeyri-mühafizəkar prezident Mahmud Əhmədinejadın zamanında, Tehran və Qahirə diplomatik münasibətlərin qurulması istiqamətində real irəliləyişlər həyata keçiriblər. Düz üç il əvvəl İran parlamentinin o zamankı spikeri Qulaməli Xədat Adilyanın Qahirəyə səfəri baş tutub. Lakin real bir şey əldə olunmadı.

Bununla belə, Misir İranla hələ də tammiqyaslı dialoqa malik olmayan yeganə ərəb ölkəsi olaraq qalmaqdadır. İki ölkə arasında diplomatik münasibətlər isə Tehranın Misirlə İsrail arasında imzalanan sülh sazişinə reaksiyasından sonra korlanıb. Lakin Tehran ərəb dünyasının nüfuzlu ölkəsi ilə əlaqələrin pozulmasının mənfi tərəflərini çox yaxşı başa düşürdü. İslam ölkəsini bu dərəcədə qətiyyətli addım atmağa sövq edən əlavə arqument isə məhz Misirin sonuncu şahı Məhəmməd Rza Pəhləviyə siyasi sığınacaq verməsi və mühakimə olunmaq üçün İran islamçılarına verməkdən imtina etməsi oldu. 1979-cu ilin mayında, İranda İslam İnqilabının qələbəsindən üç ay sonra İran-İsrail münasibətləri dayandırıldı, İranda isə uzun illər ərzində bu ölkənin adını çəkənlər təhqir və təqiblərə məruz qaldı. İran-İraq müharibəsində isə ərəblər üçün böyük qardaş hesab olunan Misir təkcə Səddam Hüseyni dəstəkləmədi, həmçinin ona əhəmiyyətli dərəcədə hərbi yardım etməklə İran-Misir qarşıdurmasına əlavə sərtlik gətirdi.

Uzun illər İranın apardığı təbliğatda Misir, ərəb millətlərinin savaşında birmənalı olaraq satqın qismində təqdim olunub. Ölkənin hazırki prezidenti Hüsnü Mübarək İran mətbuatında “Müasir firon” titulunu alıb. Bu günlərədək İran hakimiyyəti Misir islamçılarına qeyri-qanuni ekstremist qruplaşmalar yaratmaqda köməklik edirdi. Lakin vaxt ötdükcə İranda ərəb dünyasının iri dövləti ilə birbaşa siyasi dialoqun zəruriliyi daha dərindən dərk olundu. Buna həm də Yaxın Şərq regionunda İranın artan təcridi sövq edirdi. İran Suriyanı çıxmaq şərti ilə Ərəb Şərqi ölkələrindən heç biri ilə əməli olaraq kifayət qədər konstruktiv münasibətlərə malik deyil.

1990-cı ilin əvvəllərində İran-Misir yaxınlaşmasına imkan verən mühüm amil ortaya çıxdı – İsrail və Türkiyənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı. Məhz bu, 1998-ci illərin əvvəlində Türkiyə-İsrail strateji alyansına özünəməxsus tərəf müqabili qismində İranla hərbi tərəfdaşlığın zəruriliyini rəsmi olaraq əsaslandırmağa məcbur etdi. Lakin yalnız iki il yarımdan sonra, 2000-ci ilin yayında iki ölkə prezidenti – Hüsnü Mübarək və Seyid Məhəmməd Xatəmi arasında ilk birbaşa əlaqə baş tutdu. Ancaq Yaxın Şərqin bir çox əsas problemləri üzrə iki ölkənin strateji yanaşması bir çox hallarda üst-üstə düşmürdü.

Tehranın siyasi dairələrində əmindirlər ki, Qahirədə hazırki rejimin devrilməsindən sonra iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq. İran kütləvi informasiya vasitələrinin əhval-ruhiyyəsi məhz bununla izah olunur. Son bir neçə gün ərzində Misirdə baş verən hadisələr İran mətbuatının əsas mövzusu olub. İranın xəbər kanalları fasiləsiz olaraq Misirdə baş verən hadisələrdən, qanlı toqquşmalardan və nümayişlərdən videokadrlar göstərir, xülasələr təqdim edirlər. Əsas ideya isə belədir: Misirdə hadisələrin inkişafı İran İslam İnqilabının ssenarisi ilə hərəkət edir, Qahirədə hər şey 1979-cu ildə Tehranda olduğu kimi baş verir.

Bunun isə nə qədər real olduğu yazın günlərdə məlum olacaq.