Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
17-23 yanvar 2019-cu il
2 (1050)
10-16 yanvar 2019-cu il
1 (1049)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Misir hökumətinin istefaya getməsi işə yaramadı. Bütün iri şəhərlərdə etiraz dalğası baş qaldırıb

Bu gün Qahirə və İskəndəriyyə də daxil olmaqla Misirin bütün iri şəhərlərində yeni etiraz dalğaları başlayıb. Xalq kütlələri hökumətə itaətsizlik nümayiş etdirir. 30 ildən çoxdur Misirə rəhbərlik edən Hüsnü Mübarəkin xalqa verdyi bu dəfəki vəd isə işə yaramayıb. Qəzəbli etirazçı kütlə hökumətin deyil, elə Mübarəkin öz vəzifəsindən getməsini və köhnə rejimə son qoyulmasını tələb edir.

Artıq kütləvi iğtişaşların qurbanlarının sayı, ən son məlumatlara görə, 30-dan artıqdır. 1100-dən çox yaralı var. Qahirə, İskəndəriyyə və Sueç şəhərlərində vəziyyət xüsusilə gərgindir. Bir çoxları artıq ənənəvi silahlar - daşla və yandırıcı kütlə olan şüşə qablarla silahlanıblar. Qahirədə hakim partiyanın qərargahı yandırılıb. Milli Demokratlar Partiyasının binası hələ də tüstülənməkdədir.

Ötən gecə isə paytaxta ağır texnika yeridilib, Qahirədəki Böyük Britaniya və ABŞ səfirliklərinin təhlükəsizliyini də hərbi qüvvələr təmin edir. Onlarla zirehli texnika hökumət binalarının keşiyini çəkir. Gecə şəhərə daxil olan hərbçilər paytaxtın əsas obyektlərini nəzarət altına alıb. Tanklar Misir muzeyinin yerləşdiyi Tarxrir meydanını qoruyurlar. Bir neçə zirehli texnika isə Misirin Xarici İşlər Nazirliyinin və dövlət televiziyasının binaları önündə keşik çəkir. Havadan paytaxta hərbi vertolyotlar nəzarət edir. Hazırda Qahirədə polis kütləvi iğtişaşlara qarşı mübarizənin, demək olar ki, bütün vasitələrini səfərbər edib: rezin dəyənək, gözyaşardıcı qaz, su şırnağı, rezin güllələr. Bütün ölkədə İnternet dayandırılıb, mobil rabitə də, demək olar ki, işləmir.

Nizam-intizamın olmadığı şəhərdə soyğunçular fəaliyyətə başlayıb. Şəhərin müxtəlif rayonlarında onlarla soyğunçuluq və talan halları qeydə alınıb. Gənclərdən ibarət qruplaşmalar mağazaların vitrinlərini qırır və malları aparırlar. Aksiya iştirakçıları dünən gecə çoxsaylı vandalizm əməlləri törədiblər, mağazaların və bankların şüşələri sındırılıb, avtomobillər, polis məntəqələri yandırılıb.