Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xalqa illik müraciəti olmuşdur

Yanvarın 28-də Qazaxıstan Parlament Məclisinin və Senatının birgə iclasında Prezident Nursultan Nazarbayevin Qazaxıstan xalqına illik müraciəti olmuşdur.
Palataların birgə iclasında hökumətin üzvləri, Prezident Administrasiyasının nümayəndələri də iştirak etmişlər.
Müraciət respublika telekanallarında birbaşa yayımlanmışdır.
Nursultan Nazarbayev bildirmişdir ki, bu il bizim üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, 2011-cu ildə müstəqilliyimizin 20 ili tamam olur, biz bu illərdə böyük uğurlar əldə etmişik və bu danılmazdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 120 milyard dollar məbləğində xarici sərmayə qoyulmuşdur. Biz indi dünyanın 126 ölkəsinə 200 adda məhsul ixrac edirik.
Onun sözlərinə görə, indi Qazaxıstanın beynəlxalq ehtiyatları 60 milyard dollar həcmindədir.
Dövlət başçısı son ildə ölkədə aparılan köklü islahatlardan danışmış, siyasi, iqtisadi, mədəni və digər sahələrdə baş verən yeniliklərdən söhbət açmışdır. N.Nazarbayev demişdir ki, ötən ilin sonunda Astanada keçirilən ATƏT-in zirvə görüşü 56 ölkənin dövlət və hökumət başçılarını Qazaxıstana toplamışdı. Bu, bizim böyük uğurumuz hesab olunmalıdır.