Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Brayzanın namizədliyi yenidən Senatın səsverməsinə çıxarılacaq. Bu barədə məlumat
Ağ evin rəsmi saytında yerləşdirilib
 
Ağ ev 26 yanvar 2010-cu il tarixində Metyu Brayzanın ABŞ-ın Azərbvaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini yenidən ABŞ-ın qanunverici orqanının səsverməsinə təqdim edib. Bizdə olan məlumatına görə, bu barədə məlumat Ağ evin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 2010-cu il 30 dekabr tarixində xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu bir vaxtda, Metyu Brayza da daxil olmaqla, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri Senatın təsdiqi olmadan səfir təyin edib. Belə ki, ölkə konstitusiyasına görə, ABŞ prezidentinə Senat tətildə olarkən, ölkədəki əsas vəzifələrə təyinat etmək hüququ verilir.

ABŞ qanunvericiliyinə əsasən, bu cür üsulla təyin olunmuş şəxs öz vəzifəsində Senatın növbəti sessiyasının bitməsinə qədər işləyə bilər. Bu halda isə M. Brayza Azərbaycandakı səfir vəzifəsində Senatın əlavə təsdiqi olmadan yalnız 1 il ərzində çalışa bilər.

Xatırladaq ki, Senatın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi senatın Xarici Əlaqələr Komitəsində geniş müzakirə edilmiş, onun həyat yoldaşının türk olması, özünün Azərbaycan rəsmiləri ilə yaxın əlaqələri olması ilə əlaqədar suallar qaldırılmışdı. Komitənin üzvlərindən, Demokratlar Partiyasından Barbara Bokser və Robert Menendes senator olaraq selahiyyətlərindən istifadə edərək Metyu Brayzanın namizədliyinin səsə qoyulmasının qarşısını almışdılar.

Xatırladaq ki, Metyu Brayzanın namizədliyini ABŞ prezidenti Barak Obama irəli sürüb. İlk dinləmələrdən sonra Senatın Xarici əlaqələr Komitəsi onun namizədliyinə baxılmasını sentyabradək təxirə salmışdı.

Metyu Brayza 2005-ci ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini təyin edilib. O, bu vəzifədə Cənubi Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələrə məsul olub, Cənubi Qafqazdakı münaqişələrin həllində ABŞ-ın səylərinə rəhbərlik edib, Birləşmiş Ştatlarımım Qara dəniz və Xəzər dənizi bölgəsindəki enerji siyasətini əlaqələndirib. Diplomat 2006-2009-cu illərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini daşıyıb.