Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Türk Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri, politoloq Sinan Oğan bildirmişdir ki, bütün dünyanın ən təhlükəli fəlakət mənbəyi olan Ermənistandakı Metsamor atom elektrik stansiyası (AES) Türkiyə sərhəddinin 16 kilometrliyindədir və oradakı insanların həyatını təhdid edir.
Politoloq vurğulamışdır ki, dünyada dördüncü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir zamanda Metsamor kimi AES-lər çoxdan fəaliyyətini dayandırmışdır. Beynəlxalq Atom Enerjisi Agentliyi və Avropa İttifaqının ekspertləri və bu stansiyanı ən təhlükəli obyekt kimi dəyərləndirmişlər. 2001-ci il yanvarın 25-də Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən Metsamor AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürmüş, lakin onu yerinə yetirməmişdir. Onu da qeyd etmək lazımdır ki, bu təhlükəli stansiyada 150 dəfədən çox qəza baş vermişdir. Bu səbəbdən, Türkiyə hökuməti baş verə biləcək ciddi qəzalara qarşı tədbirlər həyata keçirməlidir.
Sinan Oğan əlavə etmişdir ki, beynəlxalq standartlara görə Rixter cədvəli üzrə minimum 5 bal gücündə zəlzələ ola biləcək seysmik zonalarda AES inşa edilməsinə icazə verilmir. Ermənistan parlamentinin enerji komissiyasının üzvü Robert Hazaryan da bu stansiyanın beynəlxalq standartlara cavab vermədiyini, Avropadakı AES-lərin daha etibarlı olduğunu bəyan etmişdir. Metsamor AES Rixter cədvəli ilə 8 bal gücündə zəlzələnin baş verə biləcəyi ərazidə yerləşir və 1988-ci ildə baş vermiş zəlzələdən də zərər görmüşdür. Stansiyanın radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışmış və İğdır vilayətində ciddi fəsadlara səbəb olmuşdur. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutumüş insanların, anormal doğulmuş heyvanların sayının artması həyəcan siqnalıdır və rəsmiləri ciddi düşündürməlidir.