Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Azərbaycan prezidenti İlham Əliyev, dünya ölkələrinin liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Moskvada insan tələfatı ilə nəticələnən partlayışla əlaqədar Rusiya rəhbərliyinə və xalqına başsağlığı veriblər.

ABŞ prezidenti Barak Obama Rusiyada baş verən terror aktını pisləyib. Obama bunu Rusiya xalqına qarşı ağlasığmaz terror aktı adlandırıb.

“Mən rus xalqına qarşı Domodedovo hava limanında olan bu ağlasığmaz terror aktını pisləyirəm. Dinc insanlara qarşı düşünlmüş şəkildə törədilən bu hadisədən sonra Amerika xalqının rus xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm. Mişel və mən terrorçuların əlindən zərər çəkən rus xalqına öz dərin hüznümüzü bildiririk. Biz kədərinizi bölüşürük və terroru siyasi məqsədlər əldə etmək üçün istifadə etmək üçün istifadə edənlərə qarşı ümumi mübarizədə qəti olaraq qarşı duracağıq. Bizim düşüncələrimiz qurbanların yaxınlarının yanındadır və biz yaralananların müvəffəqiyyətlə sağalması üçün dua edirik”, deyə Obamanın bəyanatında bildirir.

Barak Obamanın terror hadisəsi ilə bağlı bəyanatını jurnalistlərə Ağ evin mətbuat katibi Robert Gibs çatdırıb. Mətbuat katibinin sözlərinə görə, ABŞ Rusiya Federasiyasına öz köməyini təklif edib.

Brüsseldə NATO baş katibi Andres Foq Rasmussen də Moskva hava limanında baş verən hadisədən şoka düşdüyünü deyib.

“Mən Moskvanın ən böyük hava limanında baş verən terror aktından şoka düşdüm. Bu qorxunc terror aktını pisləyirəm və həlak olanların yaxınlarına və Rusiya xalqına başsağlığı verirəm. NATO Rusiya xalqı və hökuməti ilə həmrəyliyini bildirir. Biz eyni terror təhlükəsi ilə üzləşirik və biz bunu birlikdə həll etməliyik və məhz buna görə Rusiya və NATO terrorçuluğa qarşı əməkdaşlığı daha da gücləndirməlidir”, - deyə Andres Foq Rasmussen bildirib.

Qeyd edək ki, Avropa Parlamenti rəhbəri Yeji Buzek, Fransa pezidenti Nikolya Sarkozi və Almaniya rəhbərliyi də Moskvada baş verən terror aktını pisləyib.