Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
13-19 iyun 2019-cu il
23 (1071)
4-12 iyun 2019-cu il
22 (1070)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Almaniyanın Baden-Baden şəhərində keçirilən sığortaçıların ənənəvi illik forumu çərçivəsində “Azərbaycan gecəsi”ndə dünyanın 30-a yaxın ölkəsindən 230-a yaxın nümayəndə iştirak edib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmiz ASA, İcbari Sığorta Bürosu (İSB) və 14 sığorta şirkətini təmsil edən 25 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.

ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Tədbir iştirakçıları həmçinin Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.

Bu il “Azərbaycan gecəsi”nə ölkənin 12 sığorta şirkəti sponsorluq edib. Bunlar “Standard İnsurance”, “Paşa sığorta”, “Atasığorta”, “Azsığorta”, “Meqa sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “AXA Mbask”, “Qala Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “AzərSığorta”, “İpək Yolu Sığorta” və “AzRe təkrarsığorta” şirkətləridir.

Baden-Baden sığorta forumu çərçivəsində Azərbaycan gecələrinin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər 2013 və 2014-cü illərdəki forum çərçivəsində də keçirilib.

Bu həftənin sonuna kimi davam edəcək forumda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşlər də nəzərdə tutulur. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.