Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Yunanıstan parlamenti yeni antiböhran tədbirlər layihəsini təsdiqlədi

Yunanıstan parlamenti 13,5 milyard avroluq yeni sərt antiböhran tədbirlər layihəsini təsdiqləmişdir.

 “Euro news” kanalının məlumatına görə layihə ilə bağlı səsvermədə parlamentin 300 üzvündən 299-u iştirak etmişdir. Layihənin lehinə 153 nəfər, əleyhinə isə 128 deputat səs vermiş, 18 nəfər bitərəf qalmışdır. İki il ərzində xərclərin kəskin şəkildə azaldılmasını və islahatların həyata keçirilməsini nəzərdə tutan qanun layihəsi Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan növbəti 31,5 milyard avroluq maliyyə yardımını təmin etmək üçün parlamentə təqdim olunmuşdur.

Səsvermədən əvvəl 100 mindən artıq adam parlament qarşısında nümayiş keçirmişdir. Onlar maaşların, təqaüdlərin və müavinətlərin yenidən azaldılmasına, vergilərin artırılmasına və dövlət sektorunda işləyənlərin kütləvi ixtisarlara, əmək bazarında islahatlara qarşı çıxaraq hökumət əleyhinə şüarlar səsləndirmişlər. Bir qrup nümayişçi parlamentə daxil olmağa cəhd göstərmiş, polislə nümayişçilər arasında qarşıdurma yaranmışdır. Nümayişçilər polisə yandırıcı maddələr və daş atmış, polis isə etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmişdir. Onlarla etirazçı həbs olunmuşdur.