Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gün öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının sessiyası Azərbaycan üçün həm tarixi, həm də müzakirə olunacaq məsələlər baxımından əlamətdar olacaq. Bu sessiya çərçivəsində Azərbaycanın quruma üzvlüyünün 10 ili tamam olur. Avropanın aparıcı siyasi təşkilatlarından biri olan Avropa Şurasında sabah bu münasibətlə xüsusi mərasimlərin təşkili nəzərdə tutulur. 

ANS-in Strasburqa ezam edilmiş xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün qurum yaxın 5 gün ərzində müzakirə edəcəyi məsələləri açıqladı. Qeyd edək ki, qurumun qış sessiyası çərçivəsində AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin uzun müddətdir keçirilməyən iclası da təşkil olunacaq. Qurum prezidenti Mövlud Çavuşoğlu bu komitənin iclasının baş tutmasını istədiklərini bildirib. Amma bu komitənin fəaliyyətinin bərpa etməsinə Ermənistan tərəfi üstüörtülü etiraz edir. 

Bu ölkənin qurumdakı nümayəndə heyətinin üzvü, “Daşnaksütyun” partiyasının təmsilçisi Armen Rustamyan ANS-ə müsahibəsindən ermənilərin mövqelərini əsaslandırmaq üçün məntiqi yanaşma tapmadıqları aydın olur. Çətinlik çəkirlər və ən yaxşı çıxış yolu kimi heç bir şərh verməməyi üstün tuturlar. 

“Məsələ kifayət qədər konfidensialdır. Büro özü bundan sonra proseslərin necə cərəyan edəcəyini müəyyən etməlidir. Mən bu məsələni şərh edə bilmərəm, çünki nümayəndə heyətində ortaq qərar qəbul etmişik”,- deyə Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Rustamyan bildirib. 

Bu gün AŞPA-da Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etmiş missiyanın hesabatı da təqdim olunub. Hesabatı təqdim edən polşalı deputat Tadeuş İvinski seçkinin müsbət tərəfləri haqda danışmaq istədiyi deyib: “Seçkilər uğurlu şəraitdə keçib. Hər namizədə 4 dəqiqə efir vaxtı ayrılıb. Müəyyən qədər namizədlərin qeydə alınması prosesində ləngimələr var idi. Amma ümumilikdə bu, çox tarazlaşdırılmış bir hesabatdır”. 

Sessiyanın sonunda isə söz yaxın 6 ay ərzində qurumun Nazirlər Komitəsinə rəhbərlik edəcək Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna verilib. O isə öz növbəsində Ankaranın sədrliyi dövründə qurumun əsas prioritetlərini açıqlayıb. Bunlar arasında gözlənildiyi kimi Qarabağ probleminin həllinə daha yaxından kömək göstərmək də var. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu çıxışı zamanı bildirib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır: "Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20 faiz ərazisini işğal edirsə, deməli, təşkilatın əsas dəyərlərinin pozulması halı var. Əgər siz Avropa Şurasının bütün dəyərlərinə hörmət etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh bərqərar olacaq".