Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Ötən ilin may ayında Aralıq dənizinin beynəlxalq sularında 9 nəfərin ölümü ilə nəticələnən “Mavi Mərmərə” hücumu barədə İsrail dövlətinin yaratdığı komissiya öz hesabatını açıqlayıb. Hesabatda gəmiyə hücum edən İsrail hərbçilərinin hərəkətinin beynəlxalq hüquqa zid olmadığı bildirilib. Qeyd edək ki, hesabatın iki hissədən ibarət olduğunu deyən komissiyanın sədri sabiq məhkəmə hakimi Yakov Turkel hesabatın ikinci hissəsini nə vaxt açıqlayacağı barədə məlumat verməyib.

Türkiyə hökumətinin bu məqsədlə yaratdığı komissiya isə İsrail tərəfinin bu açıqlamalarını təəccüb və təəssüflə qarşıladığını bildirib. Qurum ötən gün keçirdiyi iclasda İsrailin beynəlxalq hüquqa zid şəkildə həyata keçirdiyi hücumla bütün beynəlxalq prinsip, qayda və normaları tapladağını bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bu hesabata kəskin etrirazını bildirib. Ərdoğan İsrail komissiyasının bu açıqlaması üçün “sifarişli hesabat” – deyib.

Xatırladaq ki, 31 may 2010-cu il tarixdə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisi Aralıq dənizinin beynəlxalq sularında İsrail hərbçilərinin hücumuna məruz qalmış, baş veriş insidentdə 9 günahsız insan öldürülmüşdü.