Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
BORC BÖHRANI FRANSA VƏ SLOVENİYAYA YAXINLAŞIR

İtaliya və İspaniya maliyyə sarsıntıları ilə qarşılaşdıqca, dünya birjaları növbəti dəfə çaxnaşmaya məruz qalır. Digər ölkələrdə də vəziyyət heç də qənaətbəxş deyil. Xüsusən də, Kipr az qala öz ÜDM-nə bərabər olan məbləğə ehtiyaclıdır. Perspektivdə isə böhran Avropa İttifaqının ən möhtəşəm sütunlarından birinə - Fransaya toxuna bilər. Onu da qeyd etmək lazımdır ki, bu vaxta qədər bu ölkə böyük çətinliklərlə üzləşməmişdi.
Çox güman ki, Fransanın vəziyyəti (PIIGS qrupu) Portuqaliya, İtaliya, İrlandiya, Yunanıstan və İspaniyadan xeyli yaxşıdır. Milli gəlirin yüksək göstəricisinə (ÜDM-in 90%-i) baxmayaraq, dövlət heç olmazsa açıq bazarda nisbətən aşağı faizlə vəsait borc götürə bilər.
Bununla belə, vəziyyətin pisləşməsi barədə bəzi həyəcanlı xəbərlər yenə də qalmaqdadır. Birincisi, hakimiyyətə başda Fransua Olland olmaqla sosialistlərin gəlməsi investorlara heç bir inam vəd etmir. Məsələ ondadır ki, böhran şəraitində qənaət üzrə bütün proqramlar faktiki olaraq bağlanmışdır. Xüsusilə də onu qeyd etmək lazımdır ki, Olland pensiya yaşının 60-a qaytarılmasını tələb etmiş, həmçinin sələfinin büdcə xərclərini azaltmaq qərarını ləğv etmişdir.
Olland verginin artırılmasını büdcə balansının hesablanması üçün ən yaxşı üsul hesab etdi. Nəzərdə tutulmuşdur ki, artıq bu il gəlir vergisinin maksimum dərəcəsi 75%-ə çatacaq. Bu, ilk növbədə böyük gəlirlərə toxunacaq, iri biznes üçün də yaxın illərdə asan olmayacaq. Bununla yanaşı, işəgötürənləri iş yerlərini azaltmaq imkanından məhrum edən qanun da təklif edilmişdir. Belə ki, bu ölkədə işsizlik 10%-i ötmüşdür, - bu isə artıq Cənubi Avropa ölkələrinin göstəriciləri ilə müqayisə oluna bilər. Bu məsələdə Ollandı və onun tərəfdarlarını başa düşmək olar.
Lakin kapital bu şəraiti nəzərə almadan ölkədən “qaçır”. Düzdür, hələ dəqiq rəqəmlər açıqlanmır, amma fransızların Londonda və Fransanın hüdudlarından kənarda daşınmaz əmlak əldə etməsi bu faktın tezliklə öz təsdiqini tapacağını vəd edir.
Onu da əlavə edək ki, fransız hökuməti artıq indi müxtəlif sosial öhdəliklərlə yüklənmişdir və bunlar artmaqda davam edir. Hələ bu azmış kimi, bura maliyyə cəhətdən zəif Avrozona ölkələrinə maliyyə yardımları da əlavə olunmuşdur. Bu ilin bir neçə ayı ərzində dövlət borcu ÜDM-in 5%-i qədər artmış və yaxın dövrdə artım templəri sürətlənəcək, belə ki, milli iqtisadiyyat resessiyaya düşmək üzrədir.
Nəhayət, böhrandan əvvəl Cənubi Avropaya investisiyalar qoyan bank sektoru da problemlərdən uzaq deyil. Yunanıstandan vəsaitlərin böyük bir hissəsini çıxarmaq mümkün olsa da, digər aktivlərlə ayrılıq çoxmilyonlu itkilərə səbəb ola bilər. Fransa bank sistemi Avropada şəffaf olmayanlar sırasındadır və onun sağlamlığı haqqında yalnız dolayı əlamətlər üzrə mühakimə yürütmək olar.
Nəhayət, dünya iqtisadiyyatının vəziyyəti İspaniya və İtaliyada böhranın alovlarını nə dərəcədə söndürmək mümkün olacağından da az asılı deyil. Əgər hadisələr yaxşılığa doğru dəyişməzsə, Fransa bu domino prinsipinin qurbanlarından biri ola bilər.
Bununla belə, daha bir ölkə artıq indi maliyyə yardımına ehtiyac duyur. Bu ölkə Fransa kimi böyük və qüdrətli olmasa da, onun çətinlikləri də göz qarşısındadır. Söhbət uzun müddət Avropa İttifaqı və avrozona ölkələri üçün nümunə rolunu oynayan Sloveniyadan gedir. Görünür, bu ölkə də böhrandan sığortalanmamışdı.
Sloveniyalıların da zəif yeri bank sistemi oldu.  Ölkənin ən iri bankı olan Nova Ljubljanska Banka-nı dövlət xilas etməyə başladı. Belə ki, NLB-ə bu böyük olmayan ölkə üçün nəhəng məbləğdə - 381 milyon avro tələb olunurdu. Hökumət bu addımı “müvəqqəti tədbir” adlandırsa da, təcrübə göstərir ki, bankların milliləşdirilməsi işində Avropa İttifaqında son illər müvəqqəti hadisələr üstünlük təşkil edir.  
Beləliklə, Avropa borc böhranı tədricən qitəni bürüyür. Əgər başlanğıcda burada ayrı-ayrı təhlükə ocaqları mövcud idisə, indi nisbətən təhlükəsiz ölkələrin siyahısını tərtib etmək daha asandır. Valyuta İttifaqının ən böyük dörd iqtisadiyyatının (İtaliya, İspaniya, Fransa və Almaniya) ağır çətinliklərlə qarşılaşması isə artıq böhranın bu qitəni bürüməsindən xəbər verir.
 
M.YEGANƏ