Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

İspaniyanın 28 bankının reytinqi aşağı salındı

Moody's agentliyinin bu qərarı İspaniyanın maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədardır

Moody's agentliyi İspaniyanın 28 bankının kredit reytinqini azaltdığını bəyan edib. Agentlik məlumat verib ki, İspaniya hökumətinin maliyyə vəziyyətinin zəifləməsi bu ölkənin kreditorlarına zəmanət verməsini çətinləşdirir. Bu qərar nəticəsində İspaniyanın 10 bankının reytinqi investisiya səviyyəsindən aşağı salınıb.

Reytinqin azaldılması İspaniya hökumətinin Avropa Birliyinə bu ölkənin bank sisteminin təkrar kapitallaşdırılması barədə müraciət etdiyi gün elan olunub. Lakin, İspaniyanın 125 milyard dollarlıq borc paketinin hansı hissəsini istəyəcəyi naməlum qalıb.

Qeyd edək ki, İspaniya iqtisadiyyatı 17 avrozona ölkəsi arasında dördüncüdür. Ölkədə işsizlik səviyyəsi isə 25%-ə yaxındır.