Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Maliyyə böhranı  Böyük Britaniyada muzeylərə də öz təsirini göstərdi

 “The İndependent” qəzetinin verdiyi məlumata görə, büdcə xərclərinin azaldılması səbəbindən Böyük Britaniyada muzey və qalereyalar bağlanmışdır. Britaniyanın muzey və qalereyalarını təmsil edən Muzeylər Assosiasiyasının yeni araşdırmasına görə, sərt maliyyə tədbirləri ölkənin mədəni irsinə dağıdıcı təsir göstərəcəkdir. Xərclərin kəskin şəkildə azaldılması nəticəsində muzeylərin demək olar ki, dörddə biri bölmələrinin hamısını və ya bir neçəsini bağlamaq məcburiyyətində qalmışdır.
Muzeylərin yarıdan çoxu son bir ildə büdcə xərclərinin azaldılmasından böyük ziyan çəkmişdir. Onların 42 faizi iş yerlərini ixtisar etmiş, bir çoxu ixtisarları məktəblərdən olan ekskursiyaların qiymətini artırmaqla və iş saatlarını azaltmaqla əvəz etmişlər. Zərər çəkən muzeylərin 60 faizini yerli icra orqanları tərəfindən maliyyələşdirilənlər təşkil edir.