Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
“Ermənistan və Gürcüstan əsrlərdir regionda qonşudurlar və onlar arasında yüksək səviyyəli görüşlər vacibdir”. Bunu NEWS.am saytına açıqlamasında gürcüstanlı ekspert Paata Zakareişvili Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana səfirini şərh edərkən deyib. Onun fikrincə, “həhdsiz ambisiyalarla nazlanan Gürcüstan hakimiyyəti yerə edib və anlayıb ki, regiondan yaxın heç kim ola bilməz”. Paata Zakareişvili hesab edir ki, rəsmi Tiflisin Cənubi Qafqazdakı fəallığı bununla bağlıdır və Mixail Saakaşvilinin İrəvana səfərinə məhz bu kontekstdə yanaşmaq lazımdır: “Qonşu ölkələr arasında siyasi dialoqun yüksək səviyyəsini qorumaq üçün belə görüşlər vacibdir. Bundan başqa, görüşdə bu gün üçün aktual məsələlər, o cümlədən, Ermənistan yüklərinin Gürcüstan vasitəsilə daşınması, Rusiyadan Ermənistana qaz nəql edən kəmərin Gürcüstan tərəfindən Azərbaycana satılması mütləq müzakirə ediləcək”. Politoloqun fikrincə, Mixail Saakaşvili Serj Sarkisyanı qaz kəmərinin satışı məsələsinə yumşaq nöqteyi-nəzərdən yanaşmağa inandırmağa çalışacaq: “Gürcüstan layihəni satmaqda maraqlıdır. Şəxsən mən bunun əleyhinəyəm Çünki bu halda Gürcüstan kəmərə nəzarəti itirəcək və bu, qaz kəmərinin Rusiyanın əlinə keçməsi ilə nəticələnə bilər. Lakin mən əminəm ki, satış sırf kommersiya xarakteri daşıyır. Əgər qaz kəməri satılası olsa, daha sərfəli şərtlər təklif edən tərəfə üstünlük veriləcək”.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ötən ilin noyabrında ANS-ə açıqlamasında ARDNŞ-nin Gürcüstanın qaz şəbəkəsinə tam nəzarət etmək niyyətində olduğunu və Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində də iştirak edəcəfini bildirmişdi: “İndi Gürcüstanın neft korporasiyası ilə danışıqlar aparılır ki, onu əldə edək. Bu boru kəməri özəlləşməyə çıxarılana və ya idarəetməyə verilənə qədər biz onu almağa hazır olacağıq”, - deyə Rövnəq Abdullayev vurğulayıb.