Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Avstraliyanın Mərkəzi Bankı banklararası kreditin uçot dərəcəsini kəskin şəkildə - 3,75 faizədək aşağı salmışdır

Avstraliyanın Ehtiyat Bankı (Mərkəzi Bankı) mayın 1-də banklararası kreditin uçot dərəcəsini birdən-birə 0,50 faiz bəndi - 3,75 faizədək aşağı salmışdır.

Mərkəzi Bankın bəyanatında deyilir: “Bu qərar son aylarda əldə edilən məlumata əsaslanmışdır. Bu məlumat əsasında belə güman etmək olar ki, inflyasiya artımı zəif olsa da, iqtisadi inkişaf şəraiti gözlənildiyindən daha pis olmuşdur”.

Yüksək dərəcə inflyasiyanın qarşısını alır, amma eyni zamanda iqtisadi inkişafı ləngidir.

Lakin inflyasiya artımı keçən ilin sonu – cari ilin əvvəlində Ehtiyat Bankının proqnozlaşdırdığından daha zəif olmuşdur.

Avstraliya Ehtiyat Bankının bugünkü qərarı iqtisadçıların əksəriyyəti tərəfindən gözlənilən qərar idi.
Bundan başqa, bir çox ekspertlər düşünürlər ki, qarşıdakı bir neçə ayda dərəcə yenidən aşağı salınacaqdır, özü də dəfələrlə.