Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Amerikalılar “Səhrada tufan” adlı əməliyyatın 20-ci ildönümü münasibəti ilə İraqın arxivlərini açıb. Sənədlərdə İraqın həmin dövrdəki lideri Səddam Hüseyn və SSRİ-nin rəhbəri Mixail Qorbaçov arasında olan yazışmalar ortaya çıxıb. “O bizi aldatdı. Bilirdim ki, o bizi satacaq”,- deyə Səddam Hüseyn “yenidənqurma”nın atasını lənətləyirmiş. Məlum olub ki, amerikalılar İraqın işğal altında olan Küveytin azad edilməsi üçün yerüsütü əməliyyatlara başlamazdan öncə S.Hüseyn köməyə Mixail Qorbaçovu çağırıbmış. Lakin SSRİ-nin rəhbəri Səddamın ümidlərini doğrultmadı və 1991-ci ilin 24 fevral tarixində İraq lideri Qorbaçovu “dələduz” və “əclaf” adlandırıb. Hələ 2003-cü ildə ələ keçirilən bu faktların bir hissəsi “The New York Times”da nəşr edilib. 

Məlum olub ki, 1991-ci ilin 20 fevralında Səddam Hüseyn xarici işlər naziri Tarix Əziz məktubla SSRİ prezidentinin yanına yollayır. Həmin vaxta kimi isə artıq ABŞ-ın hərbi qüvvələri bir aydan çox idi ki, ölkənin hərbi hissələrinin yarıdan çoxunu məhv etmişdi. 
Məktubda Səddam Hüseyn vəziyyətin həddən artıq pis olduğunu yazır: “Xalq və ordu çaşğınlıq içindədir. Özümüzdən nəyin daha vacib olduğunu soruşuruq: Sovet İttifaqının təklifi, yoxsa ABŞ-ın hədələri?”. Öz növbəsində Qorbaçov telefon danışığı zamanı Səddamı inandırır ki, İraq qoşunları Küveyti Səddamın istədiyi kimi 6 həftəyə deyil, 3 həftəyə tərk edəcək. Amma bu təklif də Vaşinqtonu razı salmır. 

Tarik Əziz 1991-ci ilin 21 fevral tarixində Moskvaya gəlir. Elə həmin gün Mixail Qorbaçov telefonla ata Corc Buşa deyir ki, İraqın mövqeyində “ciddi dəyişikliklər” hiss edib və Bağdad artıq körfəzdə münaqişələrin həllini Yaxın Şərqdəki məsələlərin həlli ilə əlaqələndirilməsini tələb etmir. Buna baxmayaraq Amerika bir həftə ərzində heç bir şərtsiz Küveytin boşadılmasını tələb edir. Hələ bununla kifayətlənməyən Corc Buş Küveytə təzminat ödənilməsi və İraqın kütləvi qırğın silahlarının yaradılmasına dair proqramlarının bağlanmasını tələb edir. Buş fevralın 23-də, günün yarısına kimi İraqa ultimatum göndərir. Bu vaxt bitənə qədər Amerika və Sovet liderləri arasına telefon danışığı olur. 

“Corc, gəlin soyuqqanlı olaq. Səddam vaxtı uzatmaq istəyir, amma biz axmaq deyilik”,- deyə M. Qorbaçov həmsöhbətinə telefon danışığı zamanı söyləyir. Cavabında isə Corc Buş bunu deyir: “Mixail, əməkdaşlığımızı qiymətləndirirəm, amma onlara növbəti dəfə vaxt verə biləcəyimizlə bağlı yalan təəssürat yaratmaq istəmirəm”. 

Amerikalıların sadəcə olaraq yalandan ultimatum verdiyi sanan Səddam isə onu qəbul etmir. Ertəsi gün o, Tarix Əzizi Qorbaçovun cavabı ilə gözləyir. Amma gələn məktub heç bir şübhə yaratmırdı - Qorbaçov müharibənin qabağını ala bilmədi, ya da istəmədi. Elə həmin vaxt Səddam emosiyalarına hakim ola bilmir. “O bizi aldatdı. Bilirdim ki, o bizi satacaq. Dələduz, əclaf”. 

Həmin arxiv sənədlər Texasda, ata Corc Buşun Prezident kitabxanasında saxlanılır.