Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
17-23 yanvar 2019-cu il
2 (1050)
10-16 yanvar 2019-cu il
1 (1049)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Yunanıstan qurtuldu, ona 130 mlrd. avro veriləcək

 

Avropa İttifaqı ölkələri və BVF ikinci xarici dəstək çərçivəsində maliyyə yardımı planını razılaşdırmışlar ki, bu da ona defoltdan yan keçməyə imkan verəcək. Ölkə 2014-cü ilə qədər 130 mlrd. avro məbləğində yardım alacaq. Bu barədə fevralın 21-də  Avropa qrupunun başçısı Jan Klod Yunker bəyan etmişdir.

Bəyanat 13 saatdan artıq davam etmiş nazirlər şurasının iclasından sonra səslənmişdir. Iclasda özəl sektor tərəfindən borcun 53,3%-nin silinməsi haqda razılığa gəlmişlər. Bu zaman azad avrobondlar nominal üzrə ödəniləcəkdir, - deyə Avropa komissiyasının vitse-prezidenti Olli Ren bəyan etmişdir. Bu, yunan dövlət borcunu 2020-ci ildə 1,9 faiz bənd, ÜDM-in 120,5%-nə qədər azaltmağa imkan verəcək.

Dekabrda keçirilən Avropa sammitində dövlət borcu üzrə məqsədli istiqamət ÜDM-in 120%-i səviyyəsində müəyyən edilmişdi, bu son danışıqlar isə ÜDM-in 129% səviyyəsindən başlanmışdı. Brüsseldə mətbuat konfransında Yunanıstanın baş naziri Lukas Papadimos demişdi: “Bu günkü gün yunan iqtisadiyyatı üçün böyük tarixi əhəmiyyətə malikdir”. 

BVF yardımın verilməsinin təfərrüatlarını martın əvvəlində nəzərdən keçirəcək.