Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin “qara siyahı”sını tərtib etmişdir

 

 Avropa Komissiyası iqtisadi və sosial sarsıntılara tab gətirə bilməyən Avropa İttifaqı ölkələrinin “qara siyahı”sını tərtib etmişdir.
Londonun Siti rayonunun işgüzar mənbələri bildirmişlər ki, siyahıya dörd dövlət – İtaliya, İspaniya, Macarıstan və Kipr daxildir.
Meyarlar arasında dövlət vəsaitlərinin və borclarının məbləği, makroiqtisadi vəziyyət və onun inkişaf dinamikası, işçi qüvvəsinin dəyəri, vergi sistemi, sosial zəmanətlər də vardır.
Tədqiqatın başlıca məqsədi Avropa İttifaqının 27 ölkəsi üçün makroiqtisadi natarazlıq riskinin dərəcəsini müəyyən etməkdir.
Avropa Komissiyasının mütəxəssisləri “boz siyahı” da tərtib etmişlər. Siyahıya Böyük Britaniya, Fransa, Belçika, Bolqarıstan və Sloveniya daxildir.
Bu ölkələr iqtisadi risk zonasında hesab edilir.
Yunanıstan heç bir siyahıya daxil deyildir, çünki onunla bağlı Aİ-nin və BVF-nin xüsusi sabitləşdirmə proqramı fəaliyyət göstərir.