Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
13-19 iyun 2019-cu il
23 (1071)
4-12 iyun 2019-cu il
22 (1070)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

“Sərhədsiz Reportyorlar” Fransa senatının hərəkətini pisləyən bəyanat verib

 “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Jan Fransua Julyar Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qəbul olunmasını pisləyən bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, bu qanunun Fransa Konstitusiyasına uyğun olub-olmamasının araşdırılması üçün əsas vardır. Qanunun qəbul edilməsinin tərəfdarları bir şeyi başa düşməlidirlər ki, belə məsələlərdə Konstitusiya Şurasının rəyinin nəzərə alınması, eləcə də söz azadlığı prinsipinə riayət olunması mütləqdir.
Sənəddə vurğulanır ki, insanın öz fikrini ifadə azadlığına görə cəzalandırılması Avropa İnsan Hüquqları Konvensiyasına, ATƏT-in prinsiplərinə və digər beynəlxalq öhdəliklərə ziddir. Bundan əlavə, deputatların dünya tarixi üzrə mühakimə yürütməyə çalışmaları hakimiyyət bölgüsü prinsipinə uyğun deyildir.
J.F.Julyar bəyanatında Fransanın Konstitusiya Şurasının sabiq prezidentlərindən olan Robert Badinterdən sitat gətirərək qeyd edir ki, konstitusiya Fransa parlamentinə tarixi faktı müəyyən etmək səlahiyyəti vermir.