Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Yunanıstan müflisləşmiş ölkə adlandırıldı

Yunanıstan müflisləşmiş ölkədir və çox ehtimal ki, o, mart ayında dövlət istiqrazlarının ödənilməsi üzrə tədiyyə öhdəliklərini yerinə yetirə bilməyəcəkdir.
“Fitch” agentliyinin rəhbəri Edvard Parker bu fikri yanvarın 17-də “Blumberq” agentliyinə müsahibəsində söyləmişdir.
Yunanıstan hökuməti bu il martın 20-də sərmayədarlara 14,5 milyard avro (18 milyard ABŞ dolları) ödəməlidir, lakin onun bu qədər vəsaiti yoxdur.
Parker onu da qeyd etmişdir ki, Yunanıstan hökuməti və onun borcunun bir qisminin silinməsi barədə həmin borcun özəl saxlayıcıları arasında saziş defolt demək olacaqdır.
Özəl banklarda və rəsmi Afinada olan Yunanıstan istiqrazlarının yeni istiqrazlarla dəyişdirilməsi və eyni zamanda 100 milyard avro məbləğində borcun yarısının silinməsi barədə düyünə düşmüş danışıqlar yanvarın 18-də yenidən başlanmalıdır. Lakin “Fitch” agentliyinin rəhbərinin fikrincə, bu sxem əslində defoltdur. Parker demişdir: “Özəl biznesin bu məsələdə iştirakını biz defolt hesab edirik və bu məsələ bizim hesabatlarda birmənalı şəkildə göstəriləcəkdir”.