Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Ukraynada ölkədən qeyri-məhdud həcmdə valyutanın çıxarılmasına icazə verilmişdir

Ukraynanın Milli Bankı xarici bankların heç bir məhdudiyyət və xüsusi icazə olmadan milli valyutanı Ukraynadan çıxarmasına icazə vermişdir.
Bu barədə qərar “Futbol üzrə 2012-ci ilin Avropa çempionatının final hissəsinin hazırlanması və keçirilməsi dövründə nağd qrivnanın Ukraynadan çıxarılması haqqında” Milli Bankın qərarı ilə qanuniləşdirilmişdir. Bu sənədə görə, müvəkkil banklar 2012-ci ilin Avropa çempionatının final hissəsinin keçirilməsi ilə əlaqədar olaraq 2012-ci il sentyabrın 1-dək qeyri-məhdud həcmdə nağd qrivna alıb Ukraynadan çıxara biləcəklər.
Qərar özü rəsmi elan olunduğu gündən qüvvəyə minəcəkdir. Qərarda dəqiqləşdirilir ki, nağd qrivnanın Ukrayna ərazisindən çıxarılması yalnız xarici bankla müqavilə əsasında həyata keçirilə bilər. Bu zaman müvəkkil bank qrivnanın ölkədən çıxarılması tarixindən başlayaraq 10 iş günü ərzində müqavilənin surətini UMB-yə təqdim etməlidir.
Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimir Lanovoy Ukrayna mərkəzi bankının yeni qərarını belə şərh etmişdir: “Milli Bank müvəkkil bankların Ukraynadan qeyri-məhdud həcmdə nağd qrivna çıxarmasına ona görə icazə vermişdir ki, futbol üzrə 2012-ci ilin Avropa çempionatının final hissəsi keçirilərkən Ukraynaya gəlmək istəyən xarici vətəndaşlar vaxtında onu ala bilsinlər”.