Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Avronun bir çox tənqidçilərindən fərqli olaraq McKinsey şirkətinin analitikləri onu Avropanın düşməni deyil, dostu hesab edirlər. “Avronun gələcəyi” adlı tədqiqatda deyildiyi kimi, avro zonasına daxil olan bütün, hətta problemli ölkələr də onun tətbiqindən udmuşlar. McKinseyə xəbərdarlıq edirlər ki, valyuta ittifaqının iflası bütün ölkələrin iqtisadiyyatını dağıdacaqdır. McKinseyin hesablamalarına görə, vahid pul vahidinin tətbiqi, məsələn, 2010-cu ildə 17 ölkənin hamısına 332 milyard avro, yaxud onların ümumi daxili məhsulunun 3,6 faizi qədər gəlir gətirmişdir. Bu məbləğin böyük bir hissəsini (195 milyard avronu) aşağı uçot dərəcələri sayəsində, 100 milyard avronu isə vahid ticarət bazarının inkişafı hesabına əldə etmək mümkün olmuşdur. Maraqlıdır ki, avronun tətbiqindən hətta ən problemli ölkələr – Yunanıstan, İtaliya, Portuqaliya da udmuşlar. Onların iqtisadiyyatı “varlanmışdır”. McKinsey şirkətinin analitikləri aparıcı ölkələrin yüksəlişinin nisbətən zəiflərin hesabına baş verdiyini hesab edən avro tənqidçilərinin mülahizəsini rədd etmişlər. McKinsey avronun iflası ssenarisini bütün region üçün faciə hesab edir. Bu halda vahid valyutanı yalnız şimal ölkələri – Almaniya, Fransa, Lüksemburq, Belçika, Avstriya, Finlandiya, Estoniya, Slovakiya və Sloveniya qoruyub saxlaya bilərlər. Nəticədə bütün keçmiş avro regionunu 2008-2009-cu illərdəkindən də ağır resessiya gözləyir. Avronu tərk etmiş ölkələrin iqtisadiyyatı 2016-ci ilədək 2,7 faiz aşağı düşəcək, dövlət borcu ümumi daxili borcun 129 faizinədək, işsizlik isə 24 faizədək artacaqdır. Avronun gələcəyi üçün iki ssenari daha məqbuldur. Onlardan birincisi büdcə intizamının gücləndirilməsidir. Bu barədə dövlətlərin liderləri dekabrda razılığa gəlmişlər. Daha bir variant bütün milli büdcələrin faktiki olaraq vahid, fövqəlmilli büdcədə birləşməsidir.