Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Dünya bazarında portağal şirəsinin satışı ilə bağlı fyuçers müqavilələrində qiymətlər son 34 ildə ən yüksək həddə çatıb. Bahalaşmanın səbəbi ABŞ-ın qida məhsulları üzrə baş tənzimləyici orqanı tərəfindən Braziliyadan meyvə və şirələrin gətirilməsinə qadağanın qoyulmasıdır. Öz növbəsində, qadağanın səbəbi Braziliyada meyvə və şirələrin istehsalında funqisidlərin (göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə olunan kimyəvi maddə) istifadə olunmasıdır. «Financial Times»ın verdiyi məlumata görə, yanvarın 10-da «ICE Futures» birjasında yanvar ayı üzrə müqavilələrdə konsentratlaşdırılmış portağal şirəsinin qiyməti 9,7% artaraq 1 funt üçün 2,1275 dollar təşkil edib. Bu, 1977-ci ildən bəri portağal şirəsinin ən yüksək qiymətidir. Ümumilikdə isə ilin əvvəlindən indiyədək Nyu-York birjasında şirənin qiyməti 26% artıb. Qiymətlərin bahalaşmasına embarqonun məhz ilin bu vaxtı qoyulması da təsir edib. Adətən mövsümün bu dövründə – qışın ortasında soyuğa görə, ABŞ-ın cənubundakı portağal bağlarının məhsuldarlığı azalır. Ekspertlərin fikrincə, yaxın vaxtlarda ABŞ Braziliyadan meyvə və şirələrin gətirilməsinə bütünlüklə qadağa qoyacaq. Xatırladaq ki, dünya portağal şirələri bazarında Braziliyanın payı 60%-ə çatır.