Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

İqtisadi vəziyyət üzrə proqnozlar vermək mənim vəzifəm deyil: Barak Obama

Reuters agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama yaxın günlərdə verdiyi müsahibədə qeyd etmişdir ki, Amerika iqtisadiyyatında görünən irəliləyişlərə baxmayaraq onun bərpası üçün illər lazımdır.

Prezidentin sözlərinə görə, son 20 il ərzində meydana gələn struktur problemlərinin aradan qaldırılmasına xeyli vaxt lazımdır. “Bunun üçün qalan 2 ildən, bir prezidentlik müddətindən və bəlkə də bir prezidentin edə biləcəklərindən də çox vaxt tələb olunur”.

Politoloqların fikrincə, durğun iqtisadiyyat və işsizliyin yüksək səviyyədə olması 2012-ci il noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir edə bilər. Həmin dövr üçün  Amerika hökumətinin işsizliyin səviyyəsini 8,6 %-dən 8%-ə endirə bilməsi sualına Obama belə cavab vermişdir : “Bu mümkündür, lakin iqtisadi vəziyyət üzrə proqnozlar vermək mənim vəzifəm deyil”.

Bir çox müşahidəçilər güman edir ki, son zamanlar 9% təşkil edən işsizlik problemi aradan qaldırıldığı halda Obamanın ikinci müddətə prezident seçilmək şansı vardır. Buna baxmayaraq  8% dərəcəsində olan işsizlik səviyyəsi artıq yüksək hesab edildiyi halda, 4-5 % normal hesab olunur. Bəzi analitiklər qeyd edir ki, işsizlik uzun müddət 8-9% səviyyəsində qalacaqdır və bu da 2012-ci ildə Obamanın təkrar seçilməsinə olan şanslarını azaldacaqdır. CBS kanalı tərəfindən aparılan son ictimai sorğular əsasında məlum olmuşdur ki, yalnız 33% amerikalı Obama siyasətini dəstəkləyir, 44% Obamanın ikinci dəfə seçilməsinin lehinə, 54% isə əleyhinədir.