Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Standard & Poor's avrozonanın 15 ölkəsinin, o cümlədən Almaniya və Fransanın kredit reytinqlərini azaltmağa hazırdır

Standard & Poor's Beynəlxalq reytinq agentliyi bəyan etmişdir ki, borc böhranının güclənməsi ilə əlaqədar avrozona ölkələrinin əksəriyyətinin kredit reytinqlərini azaltmağa hazırdır.

Standard & Poor's-un dekabrın 5-də açıqlanmış bəyanatında qeyd edilir ki, agentlik Avropa valyuta ittifaqının 15 ölkəsini, o cümlədən reytinqi yüksək olan Almaniya və Fransanı reytinqlərinin azaldılmasını nəzərdə tutan siyahıya salmışdır.
Bəyanatda deyilir: “Son həftələr avrozonada müşahidə olunan sistemli stresslər o dərəcədə şiddətlənmişdir ki, bütün valyuta ittifaqının kredit imkanlarına mənfi təsir göstərir”.
Agentliyin analitiklərinin fikrincə, “sistemli stressləri” avrozonada kredit şərtlərinin pisləşməsi, reytinqi yüksək olan bir sıra ölkələrin dövlət istiqrazları üzrə mədaxilinin artması, Aİ liderlərinin böhrandan çıxmaq yolları ilə bağlı fikir ayrılıqları, dövlət borcunun yüksək səviyyəsi, habelə 2012-ci ildə avrozonada resessiya riskinin artması kimi amillər şərtləndirir.
Dünyanın digər iki iri reytinq agentliyi - Moody's və Fitch bundan əvvəl bildirmişlər ki, avrozonanın aparıcı ölkələrinin reytinqlərinə yenidən baxa bilərlər, lakin hazırda həmin ölkələrə dair proqnozları sabitdir.