Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Avstriya hökuməti dövlət borclarının azaldılması haqqında qərar qəbul etmişdir

Avrozonada yaşanan maliyyə böhranı, bir sıra ölkələr kimi, Avstriyanı da önləyici tədbirlər görməyə vadar etmişdir. Avstriya hökuməti bu məqsədlə noyabrın 15-də keçirmiş iclasında dövlət borclarının azaldılması haqqında qərar qəbul etmişdir. Qərara görə, illik büdcə kəsirlərinin həcmi ümumdaxili məhsulun (ÜDM) 0,35 fazini aşmamalıdır. 2020-ci ilədək ümumilikdə 40 milyard avro qənaət etməyi qarşıya məqsəd qoyan Avstriya hökuməti dövlət borclarını ÜDM-in 60 faizinə endirmək niyyətindədir. 2010-cu ildə Avstriyanın dövlət borclarının məbləği 205,5 milyard avroya (ÜDM-in 71,8 faizinə) bərabər olmuşdur.
Koalisiyalı hökumətdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası və Avstriya Xalq Partiyası qarşıya qoyulmuş məqsədlərə pensiya yaşının artırılması, dövlət büdcəsindən ayrılan dotasiyaların təftiş edilərək azaldılması, inzibati islahatın keçirilməsi yolu ilə nail olmağa çalışacaqlar.
Nazirlər kabinetinin qəbul etdiyi qərarın konstitusiya qanunu ranqına qalxması üçün ölkə parlamentində üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır.