Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Avrozona böhranını banklar deyil, siyasətçilər həll etmək iqtidarındadır

Avrozonanın indiki böhranını mərkəzi banklar deyil, yalnız siyasətçilər həll edə bilərlər. Bu fikri Londonda çıxan “Faynəşnl tayms” qəzetinə müsahibəsində Almaniya Bundesbankının (Mərkəzi Bank) başçısı Yens Veydmann səsləndirmişdir.
O demişdir: “Maliyyə sabitliyi hökumətlərdən asılıdır. İndiki böhranın həlli yolunu Avropa Mərkəzi Bankı (AMB) deyil, siyasətçilər tapmalıdırlar”.
“Faynəşnl tayms” qəzetinin AMB Müdirlər Şurasının ən nüfuzlu üzvü adlandırdığı Veydmann bankın son instansiyada avrozonanın kreditoru olmasının əleyhinə çıxaraq demişdir: “Belə bir addım avrozona ölkələrinin dövlət büdcələrinin AMB tərəfindən maliyyələşdirilməsinə mövcud qadağanın pozulması demək olardı”.
Avrozona ölkələrinin indiki böhrandan çıxmaq üzrə vahid siyasətinin olmamasından, habelə qəbul edilmiş qərarların çox vaxt milli hökumətlər tərəfindən yerinə yetirilməməsi faktından məyus olduğunu bildirən maliyyə mütəxəssisi öz fikrini belə yekunlaşdırmışdır: “Başlıca məsələ bazarların etibarını itirməməkdir”.