Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Xose Manuel Barrozu: Avrozonada maliyyə böhranı sistemli xarakter almışdır

Avrozonada maliyyə böhranı sistemli xarakter almışdır. Bu böhranı aradan qaldırmaq üçün valyuta bloku ölkələri və Avropa İttifaqı bütövlükdə iqtisadi inteqrasiyanın dərinləşməsinə daha ciddi əməl etməlidirlər.
Bu fikri noyabrın 16-da Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Avropa Parlamentinin üzvləri qarşısında çıxışı zamanı səsləndirmişdir.
X.M.Barrozu demişdir: “Ola bilsin, böhrana qarşı mübarizə çox ciddi əlavə tədbirlərin görülməsini tələb edəcəkdir”. O vurğulamışdır ki, Avropa iqtisadi birliyinin ayrı-ayrı üzvlərindən deyil, əksinə daha sıx iqtisadi inteqrasiyadan danışmaq lazımdır.
Avropa Komissiyasının başçısı hesab edir ki, avrozona daxilində iqtisadi əlaqələrin dərinləşməsi hələ də milli valyutalarından istifadə edən dövlətləri pis vəziyyətə qoymamışdır. O demişdir: “İndiki tərkibdə avrozona (17 ölkə) və Aİ-nin qalan 10 üzvü arasında ayı-seçkilik olmamalıdır”.
Barrozu, həmçinin əlavə etmişdir ki, Avropada daha sıx iqtisadi inteqrasiya məsələsi Aİ-nin əsas sazişlərindən dəyişikliklər tələb edəcəkdir.
Xatırladaq ki, son vaxtlar siyasətçilər və iqtisadçılar Aİ-də iqtisadi münasibətlərin köklü şəkildə yenidən qurulması, o cümlədən avrozonanın bu və ya digər dərəcədə sıxılması ehtimalını getdikcə daha çox mümkün sayırlar. Belə ki, bu ilin oktyabr ayında Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Nikola Sarkozi ilk dəfə açıq şəkildə bildirmişlər ki, bütövlükdə valyuta birliyinin ittifaqının varlığı təhlükə altında olsa, Yunanıstan avrozonadan çıxa bilər.