Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşmənin əsas istiqamətləri neft-qaz, enerji və qeyri-neft sektoru, o cümlədən tikinti, nəqliyyat, telekommunikasiya, sənaye, ticarət, kənd təsərrüfatı və sair sahələr olmuşdur. Bank bu tipli layihələrdə əsasən borcalan bank və ya zəmanətçi qismində çıxış etməklə ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətli olan irihəcmli layihələrin icrasının təmin olunmasına öz dəstəyini göstərmişdir.

Alınmış mal, iş və xidmətlər, habelə avadanlıqların böyük əksəriyyəti ABŞ İxrac-İdxal Bankı, Kanadanın İxracın İnkişafı Agentliyi, Almaniyanın Hermes, Fransanın COFACE, Böyük Britaniyanın ECGD, eləcə də Niderland Krallığı, Çexiya, Finladiya, Koreyanın tanınmış sığorta agentliklərinin sığorta örtükləri və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı və Türkiyənin İxrac İdxal Bankının dəstəyi, habelə regional beynəlxalq bankların (İslam İnkişaf Korporasiyası və Qara Dəniz Ticarət və İnkişaf Bankı) ayırdığı kredit xətləri çərçivəsində orta və uzun müddətlərə (3-14 il) maliyyələşdirilmişdir.

Avro ilə maliyyələşdirilən layihələrin ümumi məbləği 180 milyon, ABŞ dollarında maliyyələşdirilmiş layihələrin həcmi isə 40 milyon məbləğində olmuşdur.