Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Alan Qrinspen: Avropa Birliyi məhkumdur

“1999-cu ildə avro məkanının yaradıldığı zaman onun cənub hissəsinin iqtisadiyyatının şimal hissəsi kimi inkişaf edəcəyini, italyanların almanlar kimi davranacağını gözləyirdilər. Bu baş vermədi”, - CNBC-ə müsahibəsində ABŞ Federal ehtiyat sisteminin keçmiş başçısı Alan Qrinspen deyir.

Avropanın cənubunda büdcə problemləri ağırlaşdıqca, şimaldan əmtəə axını dayanacaq və cənubi Avropa ölkələrində həyat səviyyəsi aşağı enəcəyi haqqında Qrinspen qabaqcadan xəbər verir. “Avro məkanı ölkələrinin mədəniyyət fərqliliyi effekti lazımi qədər qiymətləndirilməmişdir”, - deyə Qrinspen qeyd edir. O hesab edir ki, vahid valyutanı ancaq mədəniyyəti yaxın olan ölkələrdə məsələn, Almaniya, Niderland və Avstriya kimi ölkələrdə yaratmaq olar.

Qrinspenin fikirincə, avro məkanının hal-hazırki formatı yaşamaq qabiliyyətinə malik deyil, və yəqin ki, hər şey onun parçalanması ilə sona çatacaq.