Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Dünya iqtisadiyyatında “süpürgəçi”-ölkə

Bəzən elə olur ki, hər hansı ölkə başqalarına ixrac üçün heç nə verə bilmir. Onun nə zəngin mineral resurs yataqları, nə yığma istehsalları, nə yüksək texnologiyaları var. Ona görə də, başqa ölkələrdən idxal etməyə məcburdur. Məsələn, Albaniya son illər ixrac etdiyindən 3-4 dəfə çox idxal etmişdir.

Belə olduqda, ölkə hökuməti yaşamaq üçün qeyri-standart düşünməyi bacarmalı olur. Xoşbəxtlikdən, alban rəhbərlər bunu bacarır. Yaxın günlərdə burada bir qanun qüvvəyə minəcək. Bu qanuna əsasən, ölkə idxalla qazana biləcək. Məntiq qaydalarını aldatmaq üçün Albaniya öz ərazisində başqa ölkələrin çox böyük sevinclə ona verməyə hazır olduğu və buna görə hələ pul da verəcəyi şeyləri yığmaq niyyətindədir. Bu, müxtəlif zibillərdir.

Yəqin ki, ən əlverişli variant ölkədə olan hər hansı təhlükəli və toksik tullantıları yığmaqdır. Lakin Albaniya da 172 dövlətlə yanaşı, bu cür praktikanı qadağan edən Bazel konvensiyasını ratifikasiya etmişdir. Ona görə də, albanlar adi zibili idxal etməyə hazırlaşırlar.

Bu bizneslə nə vaxtsa Çində məşğul olmuşlar. Onlar qonşu ölkələrdən zibilləri alıb geniş çöllərə tökürdülər. Lakin 2011-ci ilin yayında Çin hökuməti bu sahədəki qanunvericiliyi möhkəmləndirdilər. Həmin qanunvericiliyə görə indi ölkəyə yalnız istehsal xammalı kimi istifadə oluna biləcək zibili idxal etməyə icazə verilir.