Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Hillari Klinton vəzifədən getməyə hazırlaşır
 
ABŞ dövlət katibi Hillari Klinton tutduğu vəzifəni tərk etmək niyyətində olduğunu bildirmişdir. H.Klinton jurnalistlərə verdiyi müsahibədə Barak Obamanın yenidən prezident seçiləcəyinə əmin olduğunu bildirərək demişdir ki, prezident Barak Obama ikinci müddətdə fəaliyyətə başlayan kimi dövlət katibi vəzifəsini tərk etmək arzusundadır.
H.Klinton demişdir: “Mən öz siyasi karyeramın başa çatmasını səbirsizliklə gözləyirəm. İndi mən şəxsi həyatımı yaşamaq, özümü ailəmə həsr etmək istərdim”.
1993-2001-ci illərdə, ABŞ-ın 42-ci prezidenti Bill Klinton hakimiyyətdə olarkən Demokratlar partiyasının üzvü Hillari Klinton ölkənin birinci xanımı olmuşdur.
2008-ci ildə Hillari Klinton Demokratlar partiyasından prezident vəzifəsinə namizədliyinin irəli sürülməsi uğrunda özünün partiyadaxili rəqibi Barak Obama ilə mübarizə aparmışdır.
B.Obama prezident seçiləndən sonra H.Klintona ABŞ-ın dövlət katibi olmaq təklif edilmiş, o da bu təkliflə razılaşaraq 2009-cu il yanvarın 21-dən həmin vəzifədə fəaliyyətə başlamışdır.