Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton bildirib ki, AB Belarus prezidenti Aleksandr Lukaşenkoya öz ərazisinə daxil olmaq qadağası qoya bilər. Onun sözlərinə görə, bu addım, Belarus hakimiyyəti həbsdəki müxalifətçiləri yanvarın sonunadək azad etməsə atılacaq: “Həbsdəkilər azad edilməsə, prezident Lukaşenkoya, sonra isə rejimin digər rəsmi nümayəndələrinə giriş qadağasının qoyulması sözsüz variantdır”. Ketrin Eşton bunu Strasburqda Avropa Parlamentinin deputatları qarşısında bəyan edib.

Avropa Parlamentinin AB-ni Belarus hakimiyyətinə qarşı sanksiya tətbiq etməyə çağıran qətnaməni növbəti plenar sessiyada qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 19-da keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko qalib elan edildikdən sonra Belarus müxalifəti Minskdə icazəsiz aksiya keçirib. Aksiyanın yüzlərlə iştirakçısı, o cümlədən, prezidentliyə müxalifətçi namizədlər həbs ediliblər.