Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
ABŞ-ın Texas ştatının qanunverici orqanında Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunacaq. ABŞ-dakı Azərbaycan diasporundan verilən məlumata görə, Texas ştatının Nümayəndələr Palatasının üzvü Con Zervas (John Zervas) bu il 20 Yanvar hadisələrinin bütün ştatda yad ediləcəyini bildirən sənəd imzalayıb.

Bu gün Ostin şəhərində ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) üzvlərinin Texas Ştatının Nümayəndələr Palatasında görüşü keçirilib. USAN həmtəsisçisi və direktoru Yusif Babanlının veridiyi məlumata görə, görüşdə çıxış edən Texas ştatından olan konqresmen Con Zervas çıxış edərək 20 yanvar faciəsi haqqında məlumat verib. Daha sonra konqresmen Zervas USAN təşkilatına 20 yanvar faciəsinin yad edilməsi haqqında imzalanmış qətnaməni təqdim edib.

Faciənin ildönümü Men ştatında da qeyd olunur. Burada da analoji sənəd imzalanıb. Anım mərasimi bu gün keçiriləcək.

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Konqres üzvlərinə və ABŞ media qurumlarına məktub göndərərək hər il olduğu kimi bu il də 20 Yanvar hadisələrinin anılması üçün kampaniya keçirib. USAN fəalları ölkənin hər yerində konqresmenlərə və media nümayəndələrinə bu cür məktublar göndəriblər.

“Ötən ilki anım mərasimi bu il Qara Yanvarın geniş miqyasda anılması üçün təməl oldu. 2010-cu ildə Azərbaycan-Amerika icması qəzetlərdə Qara Yanvara həsr olunmuş məqalələr dər etməyə nail olub. Bu cür məqalələr bütün ABŞ-da, o cümlədən Şimali Dakota, Kolorado, Nyu York və Kaliforniyada dərc edilib. Virciniya ştatının senatoru Mark Herrinq 2010-cu il Yanvarın 18-də hadisələrin rəsmən tanınmasını təklif edib”. USAN-ın bəyanatında belə deyilir.